DYP ilə sürücü arasında film kimi olay: Arxasınca düşən polisləri...

Bu da Brilliant Dadaşovanın oğlu - İllər sonra

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Türkiyəli mütəxəssislər Göyçay narçılarına seminar veriblər

14.12.2017 15:57

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı, Türkiyənin meyvəçilik və bitkiçilik sahələri üzrə ixtisaslaşmış "Hektaş" şirkətindən olan mütəxəssislərin, aqronomların iştirakı ilə Göyçay və ətraf rayonlarda narçılıqla məşğul olan fermerlər, bağbanlar, aqronomlar, xarici ölkələrə nar ixrac edən iş adamları üçün regional seminar təşkil olunub. "Yeniavaz.com" xəbər verir ki, Göyçay Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, "MARS FK LTD" MMM-in təsisçisi, sahibkar Arif Qaraşov çıxış edərək bildirib ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı gündən narçılar arasında maarifləndirmə işləri görür, texniki təlimər keçirir, yeni bağların salınmasında və istehsalat sahələrinin yaradılmasında öz köməkliyini göstərir. Narçılığın daha da inkişaf etdirilməsi, itkisiz istehsalat sahələrinin yaradılması, nar yetişdirilməsinin səmərəliyinin artırılması üçün Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Türkiyədə 61 ildir ki, fəaliyyət göstərən "Hektaş" şirkətinin Azərbaycandakı distributoru olan "EMA" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən dünyada Hindistandan sonra nar istehsalına görə ikinci yerdə olan Türkiyədən dəvət olunmuş aparıcı mütəxəssislər monitor vasitəsilə aqronom və fermerlərə nar meyvəsinin yetişdirilməsinin səmərəliyinin artırılması, narçıları maarifləndirmək, ağaclarda budama işlərinin aparılması, dərman və gübrələrin vaxtında və lazımi qaydada verilməsi barədə məlumatlandırıb, onların suallarını cavablandırıblar. Mütəxəssislər qeyd edib ki, nar istehsalçıları hazırda mövcud olan 10-a yaxın xəstəlik və ziyanvericilərə qarşı vaxtında kompleks şəkildə mübarizə aparmalıdır. Aqronom və fermerlər nar ağaclarına qulluq və meyvənin yetişdirilməsi prosesi barədə bilmədikləri faydalı məlumatları bu seminarda əldə etdiklərini bildiriblər. Tədbirdə məlumat verilib ki, Azərbaycanda mövcud olan nar bağlarının təxminən 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi uzun illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Göyçayda narın 67 sortu yetişdirilir. 1720-ci ildə Göyçaydan aparılan nar tingləri hesabına ABŞ-ın Koliforniya ştatında nar bağları salınıb və hazırda onların ərazisi 12 min hektardır. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük olunub və məhsulun 70 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Türkiyəli mütəxəssislər təlimdən sonra Göyçayın Qarabaqqal kəndində mövcud nar bağları ilə tanış olub, ağacların becərilməsi, budanma işlərinin görülməsi, ziyanvericilərə qarşı dərmanlamanın aparılması qaydalarını bağbanlara əyani olaraq göstəriblər. Onlar Türkiyədə ixrac yönümlü narın yetişdirilməsi üçün hansı tədbirlərin görülməsi barədə yerli bağbanlara məlumat veriblər.

Esmira Hidayətova, Mingəçevir

Oxundu 309