Bir ay ərzində öldürülən müsəlman rohincaların sayı açıqlanıb

2017-ci il avuqstun 25-dən sentyabrın 24-dək Myanmada azı 9 min müsəlman rohinca (arakanlı müsəlmanlar) ölüb, onlardan təqribən 6,7 mini öldürülüb.

“Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının saytında deyilir.

Qeyd edilir ki, öldürülən rohincalar arasında təqribən 730 uşaq beş yaşınadək olub: “Öldürülənlərin 69 faizi güllələnib, 9 faizi ölümcül yanıqların qurbanı olub, 5 faizi isə döyülmə nəticəsində həlak olublar”. Bundan başqa, 626 mindən çox nəfər Myanmadan Banqladeşə qaçıb.

DİGƏR XƏBƏRLƏR

Top