DYP ilə sürücü arasında film kimi olay: Arxasınca düşən polisləri...

Bu da Brilliant Dadaşovanın oğlu - İllər sonra

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Ağdaşda 3-cü kurs tələbəsi namus üstündə öldürülübmüş - TƏFƏRRÜAT

14.12.2017 17:30

Xəbər verdiyimiz kimi bu gün Ağdaşda bıçaqlanma hadisəsi olub. "Yeniavaz.com" xəbər verir ki, hadisə bu gün 10:30 radələrində Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb. Ağdaş Humanitar Kollecinin 3-cü kurs tələbəsi Ağdaş rayon sakini, 2000-ci il təvəllüdlü Nəsibov Ətraf Nəsib oğlu 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Dünyasını dəyişən Dövlət Humanitar Kollecinin tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan bacısı barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov təhsil ocağını özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Pərviz Əliyev, Ağdaş

Oxundu 1909