DYP ilə sürücü arasında film kimi olay: Arxasınca düşən polisləri...

Bu da Brilliant Dadaşovanın oğlu - İllər sonra

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb - FOTO

14.12.2017 10:29

İsveçrədə yaşayan azərbaycanlının doğulduğu Naxçıvanda dəfn olunması ilə bağlı vəsiyyətinə baxmayaraq meyiti yandırılıb.

İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib.

O, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə icazə verməyib. O, atasının meyitinin yandırılmasına qərar verib.

Qeyd edək ki, Hacı Cəfərov 1920-ci ildə Naxçıvanda dünyaya gəlib. 67 il əvvəl-İkinci Dünya müharibəsi (1941-1945) vaxtı əsir düşərək İsveçrədə qalıb. İsveçrəli bir qadınla ailə qurub, bir qızı və bir oğlu var. Report

Oxundu 809