Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Azərbaycan BƏƏ vətəndaşlarının səyahət üçün axtardığı ən populyar yerlərdən biridir

14.12.2017 09:45

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının səyahət üçün axtardıqları ən populyar yerlərdən biridir.

Bu barədə "The National" portalı 2017-ci ildə Google-da ən çox axtarışa verilən sözlərin illik siyahısına istinadən xəbər verir.

"Google" axtarış sisteminin illik göstəricilərinə əsasən, Fransa BƏƏ sakinlərinin səyahət üçün axtardıqları ölkələr arasında ən məşhuru olub, sonrakı yerlərdə isə Türkiyə, Misir, Yunanıstan, Gürcüstan, Azərbaycan, Xorvatiya, Monteneqro və Kamboca gəlir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində ölkəmizə 2 477 908 əcnəbi gəlib. Onlardan 87 215 nəfəri BƏƏ vətəndaşları olub. Trend

Oxundu 193