BMT: Quantanamoda işgəncələr davam edir

ABŞ-ın Quantanamo həbsxanasındakı məhbuslar hələ də işgəncələrə məruz qalırlar. “Yeniavaz.com”un “Lemta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin xüsusi məruzəçisi Nils Meltser deyib. O xatıladıb ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obama 2009-cu ilin yanvarında dindirmənin təkmilləşdirilmiş metodlarından istifadəni qadağan edib: “Lakin işgəncə verilməsi hallarının heç biri daha əvvəl məhkəmə qaydasında araşdırılmayıb, zorakılıq qurbanları isə heç bir təzminat almayıblar”. N. Meltser qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri elə indinin özündə də məhkumlarla kobud davranırlar”.

DİGƏR XƏBƏRLƏR

Top