Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

ABŞ-da uçot dərəcəsinin qaldırılması dolların məzənnəsinə necə təsir edəcək?

13.12.2017 18:11

"Dekabrın 13-də yerli vaxtla 14:30-da (Bakı vaxtı ilə saat 23:30-da) iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq". Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki, bazar müşahidəçilərinin proqnozlarına görə, FED-in uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq: "Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək. Məlumat üçün qeyd edim ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. Bu dəyişiklikıər də ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır".
Qubad İbadoğlu onu da qeyd edib ki, hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir. ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır.
FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır. Reaksiyalar müxtəlifir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb.
Bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək".

Oxundu 609