Səudiyyə Ərəbistanında qadınlara daha bir QADAĞA ARADAN QALDIRILIR

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.

Təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.

Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı. Trend

DİGƏR XƏBƏRLƏR

Top