Şərqi Qüds Fələstinin paytaxtı elan edildi

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısında Şərqi Qüds Fələstin dövlətinin paytaxtı elan edildi.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İƏT-in sammitin yekunu üzrə yayımladığı bəyanatda deyilir. Bundan başqa İslam ölkələri İsrailin işğalı altında olan şəhəri Fələstinin paytaxtı elan edilməsi üçün dünyadakı bütün ölkələrə çağırış edib.

Bəyanatda qeyd edilir ki, ABŞ-ın Qüdsü işğalçı İsrailin “paytaxtı” olaraq tanıması barədə tək tərəfli qərarı İƏT ökələri tərəfindən qəti şəkildə rədd edilir və qınanılır: “Həmin qərar hüquqi cəhətdən hökmsüz elan edilib və beynəlxalq sülh və təhlükəsizliyi hədəf alan təhdid hesab edilib. ABŞ hakimiyyəti bu qanunsuz qərarı geri götürmədiyi halda yarana biləcək bütün nəticələrə görə məsuliyyət daşıyacaq. Qərar ABŞ-ın İsrail-Fələstin sülh prosesinin vasitəsiçisi kimi rolunu itirib”.

Bəyanatda dünya dövlətlərinə səfirliklərini Qüdsə daşımamaq barədə çağırış da edilib.

DİGƏR XƏBƏRLƏR

Top