Almaniyada vəfat edən bakılı rəssamın nəşi bu gecə vətənə gətiriləcək

Dekabrın 9-da Almaniyada vəfat edən rəssam Gündüz Əlizadənin nəşi bu gücə saat 1-də Bakıya gətiriləcək.

Bu barədə rəssama yaxın adamlardan biri - Sevda Mehrəliyeva məlumat verib. Onun sözlərinə görə bu gecə saat 1-də Bakıya gətiriləcək rəssam, sabah 14.00-da dəfn olunacaq.

Dəfn mərasimi rəssamın ata yurdu olan Əhmədli kəndində keçiriləcək.

Qeyd edək ki, 1955-ci ildə Bakının Əhməli kəndində dünyaya gələn Gündüz Əlizadə əsasən, karikatura və qrafika ustası kimi tanınırdı. Oğlunun sağalmaz xəstəliyi ilə bağlı Almaniyaya gedən rəssam ömrünün sonuna qədər bir daha Vətənə dönmədi.modern.az

DİGƏR XƏBƏRLƏR

Top