Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti prokurorluq orqanları həyata keçirəcək. Bu barədə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsində qeyd edilib. Belə ki, yeni qanun layihəsinin 15-ci maddəsinin (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) 15.3-cü bəndində qeyd edilib ki, Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.Modern.az