DYP ilə sürücü arasında film kimi olay: Arxasınca düşən polisləri...

Bu da Brilliant Dadaşovanın oğlu - İllər sonra

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İDMAN

DÇ-2018: Almaniya yığmasına veriləcək mükafatlar açıqlanıb

13.12.2017 16:29

Almaniya yığmasının DÇ-2018-də çempion olacağı təqdirdə, alacağı mükafatın məbləği açıqlanıb. Bundestim kuboka sahib çıxsa, millinin hər bir üzvü 350 min avro irəli düşəcək. Bunu Almaniya Futbol İttifaqı rəsmən açıqlayıb. Yoahim Lövün yetirmələri mundialın finalında məğlub olacaqları halda hərəyə 200 min, üçüncü yeri tutacaqları təqdirdə isə 150 min avro mükafat alacaqlar. Almaniya Futbol İttifaqı medalsız qalacağı halda da yığma üzvlərini mükafatsız qoymayacaq – 125 min avro. Komanda mübarizəni ¼ finalda dayandırsa, bu məbləğ 75 min avroya bərabər olacaq. Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in final mərhələsində Meksika, İsveç və Cənubi Koreya yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq. Apasport

Oxundu 234