Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Külli miqdarda pirotexniki vasitə aşkar edildi

13.12.2017 16:08

Gömrükçülər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki və tezalışan malları dövriyyədən çıxarıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sədərək" ticarət mərkəzinin ərazisində əməliyyat tədbiri keçirilib. Nəticədə, bazar ərazisindən 30700 ədəd müxtəlif formalı pirotexniki vasitə - fitilli petarda və 1870 ədəd müxtəlif ölçülü fişənglər aşkar edilərək dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Oxundu 233