Rusiyalı idmançılar Olimpiadada neytral bayraq altında iştirak edəcəklər

Rusiya Olimpiya yığıncağı rusiyalı idmançıların Pxençxanda keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarında neytral bayraq altında iştirak üzrə bəyanatını dəstəkləyib.

“Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsinin İnformasiya xidmətinin rəhbəri Konstantin Vıbornov deyib.

O bildirib: “Şübhəsiz ki, biz Olimpiadaya getmək istəyənləri dəstəkləyirik, lakin getməməyə qərar verənlərin mövqelərinə də hörmətlə yanaşmağa çağırırıq. Üstəlik gedənlərə və getməyənlərə də o cümlədən maliyyə yardımı göstərəcəyik və onlarla birgə çalışacağıq”.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi dekabrın 5-də antidopinq qaydalarını pozduğuna görə Rusiya yığmasını 2018-ci il Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb. Həmin Oyunlarda yalnız dopinq yoxlaması təmiz çıxanlar iştirak edə biləcəklər. Onlar neytral bayraq altında yarışa biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top