Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

“Qılman doktor” qəza törətdi: “Əyləcin yerinə qaza basdım”

09.12.2017 15:49


“Bozbaş Pictures”-ın “Qılman doktoru” İlkin Misgərlinin başına iş gəlib. O, təzə avtomobilini idarə edərkən, yüngül qəza törətdiyini deyib: “Mən əvvəlcədən də demişdim ki, maşın sürə bilmirəm. Amma dostlar hədiyyə edəndən sonra öyrənmək məcburiyyətində qaldım. Xüsusi adam tutmuşam, mənə maşın sürməyi öyrədir. Qazancımın hamısı ona gedir (gülür). Bir-iki dəfə yüngül qəza da törətmişəm. Əyləc əvəzinə qaza basmışam. Bir dəfə də park etmək üçün maşını arxaya verəndə əzdim. Təcrübəsizəm, ondandır. Yeni başlayanda belə olur. Sağ olsunlar, yol polisləri mənə hörmətlə yanaşır. Onlardan narazılığım yoxdur”. Qeyd edək ki, avtomobili ona “Bozbaş Pictures”in yaxın dostlarından biri hədiyyə edib. Hədiyyə olunan “Kia Rio” avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır. Yeniçag.az

Oxundu 574