Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

ƏDƏBİYYAT

Azərbaycanlı yazıçı 38 ölkədən 1200 yazıçının iştirak etdiyi müsabiqədə fərqlənib

07.12.2017 14:50

“Qadın.net” saytının baş redaktoru, yazıçı Xəyalə Murad "VI Beynəlxalq Ədəbiyyat Festivalı"nın açılışı üçün təşkil edilmiş müsabiqədə uğur əldə edib.

“Yeniavaz.com” xəbər verir ki, Xəyalə Murad, İsveçin paytaxtı Stokholmda keçirilən müsabiqəyə 38 ölkədən qoşulmuş 1200 iştirakçı (yazıçı) arasından fərqlənərək finalist olub.

Müsabiqə haqqında danışan yazıçı, bu uğura çox sevindiyini bildirib: “Bu xəbəri aldığımda sevincimin həddi hüdudu yox idi. Qeyd edim ki, bu müsabiqədə finalist olan üç azərbaycanlıdan biriyəm. Digər qalibləri çox axtardım, lakin ədəbi təxəllüslərini bilmədiyim üçün tanıya bilmədim. Onları da təbrik edirəm. Müsabiqədə çox istedadlı yazıçılar iştirak edirdi. Üstəlik tanıdığım, əsərlərinə dəyər verdiyim qələm sahiblərinin hekayələrinə də yer verilmişdi. Böyük miqyaslı müsabiqə olduğu üçün demək olar dünyanın hər yerindən yazıçılar qoşulmuşdu. "Yaşam naminə" adlı hekayəmin müsabiqədə yarışan 1200 hekayə içində fərqləndiyini bilmək olduqca xoşdur".

Qeyd edək ki, festival 2012-ci ildən bu yana hər il müxtəlif ölkələrdə (Qazaxıstan, Qırğızıstan, Böyük Britaniya, İsveç) keçirilir. Əsasən üç hissədən ibarətdir. 1-ci hissə "Ədəbi müsabiqələr", 2-ci hissə "Ədəbi festival", 3-cü hissə "Kitab forumu" (seminarlar). "Ədəbi müsabiqə" özü dörd kateqoriyaya bölünür: Ədəbi məqalə, ədəbi tərcümə, illüstrasiya, bədii əsər haqqında videofilm. Əsasən ingilis dilinə üstünlük verilir və rəqabət olduqca yüksək olur.

Yazıçı Xəyalə Murad Stokholum şəhərinə dəvət alsa da getməyib. Buna səbəb gec xəbər tutmasıdır: “Hekayəmi bu müsabiqəyə göndərəndə diqqət çəkəcəyini düşünməmişdim. Tamamilə unutduğumu da deyə bilərəm. Noyabr ayının 26-sı "e-mail"ə daxil oldum və o möhtəşəm xəbəri oxudum. Finalist olduğum üçün bir həftəlik Stokholma dəvət olunurdum. Dəvətdə günlərə görə ədəbi görüşlərin cədvəli verilmişdi. Lakin məndən cavabı noyabrın 16-sı gözlədiklərini vurğulamışdılar. Mənsə on gün sonra xəbər tutmuşdum. Müsabiqədə layiqli yer tutduğum üçün sevindiyim qədər məktubu on gün gec gördüyümə və məhz bu səbəbdən Stokholma getməkdən, tanınmış yazıçılarla tanış olmaqdan, ədəbi seminarlarda dinləyici olmaqdan məhrum olduğum üçün məyus olmuşdum. Üzr məktubu yazıb məsələni izah etməklə sertifikatıma qovuşmaq şansına layiq görüldüm. İsveçə gedə bilməsəm də sertifikatı evimə gətirə bildim".

Oxundu 974