Könül Xasıyeva: "Tək arzum övladım Kazımın toyunu görməkdir"

Günnüt kəndi işğaldan necə azad edildi? - Müdafiə Nazirliyi yeni VİDEO YAYDI

Hacıbala Abutalıbovun yeri 2 aydır boş qalıb - Müəmma

çərşənbə, 20 iyun 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

Ramiz Məlik: "Məleykə Əsədova onu yuxusunda görər"

04.12.2017 16:54

“Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.

Bunu Xalq artisti Ramiz Məlik deyib.

R.Məlik bildirib ki, M. Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır: "Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə təcrübəm var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.

Qeyd edək ki, Xalq artisti M.Əsədova Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.apa

Oxundu 431