DYP ilə sürücü arasında film kimi olay: Arxasınca düşən polisləri...

Bu da Brilliant Dadaşovanın oğlu - İllər sonra

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

Danışığını bilməyən SƏNƏT ADAMLARI

02.12.2017 14:56

Vaxtilə öz çəkisi, sanbalı ilə seçilən sənətkarlar indi ya davranışına, ya da səsləndirdiyi fikirlərə diqqət etmir. Necə deyərlər, əvvəllər hər şey, o cümlədən sənət adamları da fərqli idi. Müstəqillik onlara qol-qanad verdi, amma bundan düzgün istifadə etməyi bacaran azdır. Bu gün xalq artistləri, titulu olan mədəniyyət adamları adlarına layiq davranmırlar. Düzdür, əksər vaxtlarda günahkar jurnalist olur. “Jurnalist ara qatmasa, filankəsi danışdırmasa, belə olmazdı” deyənlər çoxdur. Amma nəzərə almaq lazımdır ki, jurnalist sualı verəndə qarşısındakı sənət adamından qeyri-ciddi cümlələr yox, məntiqli fikirlər eşitmək istəyir. Hər halda danışmaq da, danışmamaq da şəxsin özündən asılıdır.

Mövzu ilə bağlı əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev bildirib ki, əksəriyyət, eləcə də sənət adamları müstəqilliyi hər yerə getmək olar, hər şey danışmaq olar kimi başa düşürlər:


“Bu baxımdan həm davranışda, həm münasibətlərdə anarxiya, xaos yarandı. Tanınmış adamlar lazım olmayan yerlərdə çıxış edir, bilmədikləri şey haqqında danışırlar. Müstəqillik dövründə incəsənətin mayasına şou qatdılar. Bu da bütün mənalarda incəsənəti yüngülləşdirib. Ciddi əsərlərə maraq göstərilmir. Baxırsan ki, aktyor camaatı güldürmək üçün səhnədə özünü yerə sürtür. Halbuki, əvvəlki aktyorlar elə sanballı sözlər deyirdi ki, adamın üzündə təbəssüm yaranırdı. Yaxasını cıran yox idi. Bu baxımdan incəsənəti ucuzlaşdırıblar. Mənə elə gəlir ki, bu da beynəlxalq aləmdə baş verən qloballaşmanın tərkib hissəsi ilə bağlıdır. Qloballaşma, inteqrasiyanın içində milli dəyərlərə ziyan vuran amillər çoxdur. Biz bunu ya başa düşmürük, ya da başa düşmək istəmirik. Bir oyunun içərisindəyik və burada iqtisadiyyat da var, mədəniyyət də var. Mədəniyyətə güclü təzyiqlər göstərilir. Baxın, televiziyalarda qeybətdən tutmuş yemək-içməyə kimi hər şey göstərilir və bunun yiyəsi yoxdur”.

Z.Əliyev düşünür ki, sovet dövründə Azərbaycan incəsənətinin ümumi səviyyəsi indikindən qat-qat yüksək idi:

“Hər halda incəsənət adamları, görkəmli şəxsiyyətlər özlərini fərqli aparmalıdırlar. Sovet dövründə hər adamı efirə çıxarmazdılar. İndi isə kimi gəldi efirə çıxarırlar. Buna görə də cəmiyyət korlanır, sənətin də, sənət adamlarının da səviyyəsi aşağı düşür. Halbuki, mədəniyyət adamları özlərinə hörmət etməli,tutduqları mövqeyə görə davranmalıdırlar. Müstəqillik insanın ürəyi, vicdanı, qəlbi ilə bağlıdır. Sən vicdanını ortaya qoymusansa, hansı sanbaldan söhbət gedə bilər?

Vaxtilə Bədii Şura var idi. Həmin vaxtlarda Azərbaycan incəsənətinin ümumi səviyyəsi indikindən qat-qat yüksək idi. Mən hər iki dövrü yaşamışam. Buna görə indi səviyyənin aşağı düşdüyünü görürəm. Biz hələ bunun ağrısını çəkmirik, 10-20 ildən sonra çətin olacaq”.


Xalq artisti Arif Babayev
qeyd edib ki,sənət adamı xalqın sevimlisi olmalıdır:

Sənət adamı xalqın gözündə nümunəvi bir insan olmalıdır. Onun davranışı, insanlarla ünsiyyəti, oturub-durması xalqın xoşuna gəlməlidir. Bir adam ki, öz çəkisini, yerişini, danışığını bildi, əlbəttə, hər kəs tərəfindən sevilir. Ümumiyyətlə, sənətdə kimin necə olmasına baxır. Adam var ki, sənətində sanballıdır, özünü yaxşı aparır, gözəl ifaları var. Eləsi də var ki, nə oxuduğunu belə bilmirsən.

İndi yaxşı dövrdür, yaxşı zəmanədir. Şükürlər olsun ki, sel, tufan yoxdu. Başımız dinc yaşayırıq. Bəzi xırda çatışmayan şeylər də yavaş-yavaş düzələcək. Düşünürəm ki, bir-birimizə dayaq olmalı, köməyimizi əsirgəməməliyik. Belə olduğu halda , hər iş qaydasında olar”.modern.az

Oxundu 394