Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

QƏRİBƏ DÜNYA

Hindistanda səkkiz eşşək həbs olundu

28.11.2017 20:39

Hindistanın Uttar-Pradeş ştatında yerli həbsxananın ətrafında qiymətli bitkiləri yeyən səkkiz eşşək saxlanılıb. Heyvanların məhv etdiyi bitkilərin ümumi qiyməti 64 min rupi (təxminən 1500 manat) təşkil edib.

Eşşəklər Oray şəhərində yerləşən həbsxana rəisinin birbaşa əmri ilə həbs olunublar. Heyvanların sahibi Kamleş adlı yerli sakin “Bharati Canata” partiyasının üzvü olan siyasətçiyə müraciət edib, sonuncu onun yerinə girov qoyduqdan sonra eşşəklər azadlığa buraxılıb.

Həbsxana administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu eşşəklərin sahibinə dərs olacaq və o, gələcəkdə heyvanlara daha yaxşı nəzarət edəcək. oxu.az

Oxundu 486