Argentina sualtı qayığının itdiyi ərazidə güclü partlayış baş verib

“San-Xuan” sualtı qayığının itdiyi ərazidə partlayış baş verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Argentina Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndəsi Enrike Balbi eyib. Onun sözlərinə görə, qeyri-nüvə xarakterli anomal, tək, qısa, güclü partlayış baş verib: “Bu məlumatı Avstriya verib”. Xatırladaq ki, Argentina HDQ-yə məxsus “San-Xuan” sualtı qayığı noyabrın 15-də əlaqəyə çıxmağı dayandırıb. Sualtı qayığın heyət üzvü 44 nəfər olub və 6 günlük oksigen ehtiyatına malik olub.

DİGƏR XƏBƏRLƏR

Top