İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən həkimə bir il həbs cəzası

Özünü 17-ci mərtəbədən atan qızın son görüntüləri - VİDEO

Bağlanan "İstək" liseyinin məzunu 700 bal topladı - FOTO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Brayza İlham Əliyevin NATO mənzil-qərargahına səfərini şərh etdi

23.11.2017 15:59


Azərbaycan prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. O qeyd edib ki, Azərbaycanın NATO Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfəsi ölkəyə Silahlı Qüvvələrin NATO standartlarına təkcə hərbi əməliyyatların keçirilməsi baxımından deyil, həm də silahlı qüvvələrin demokratik idarə olunması baxımından uyğunlaşmasına kömək edəcək: “Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda ISAF missiyasında, eləcə də, Kosovoda NATO sülhməramlı qüvvələr missiyasında iştirakı hər iki tərəf arasındakı əməkdaşlığın vacib mərhələləridir”. M.Brayzanın sözlərinə görə, Azərbaycan NATO ilə qarşılıqlı fəaliyyəti dərinləşdirməklə alyansla tərəfdaşlıqdan əlavə səmərə əldə edə bilər: “Azərbaycan terrorçuluqla mübarizədə və problemli bölgələrdə stabilliyin bərpasında NATO-nun vacib tərəfdaşıdır”.Trend

Oxundu 252