Dostları Natiqlə vidalaşır​ - FOTOLAR

Noyabrın 22-də gecə saatlarında evində ürəktutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimov dəfn olunub.

Mərhumun nəşi saat 13 radələrində Nərimanov rayonunda yaşadığı mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Vida mərasimində mərhumun yaxınları və media nümayəndələri iştirak edib.

N.Qədimovun atası Aydın Qədimov deyib ki, oğlu heç vaxt səhhətindən şikayət etməyib: "Oğlum gülə-gülə o dünyaya getdi". Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top