SOCAR-dan 120 min dollar alan şahmatçının həyat yoldaşı Ermənistan Baş nazirinin məsləhətçisi təyin edilib

İki dəfə Dünya Kubokunun qalibi olan erməni şahmatçı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili Ermənistanın Baş naziri Karen Karapetyanın məsləhətçisi təyin edilib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Baş nazir Karen Karapetyan tərəfindən müvafiq fərman imzalanıb.

Xatırladaq ki, erməni şahmatçı Levon Aronyan bu ilin sentyabr ayında Tbilisi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsor olduğu Dünya Kubokunun qalibi kimi Levon Aronyana 120 min dollar mükafat verilib.

DİGƏR XƏBƏRLƏR

Top