İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən həkimə bir il həbs cəzası

Özünü 17-ci mərtəbədən atan qızın son görüntüləri - VİDEO

Bağlanan "İstək" liseyinin məzunu 700 bal topladı - FOTO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Bakıda odlu silah və narkotik satan şəxslər tutulub

22.11.2017 10:21

Bakıda odlu silah və narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilib. Z.Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.Apa

Oxundu 306