İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən həkimə bir il həbs cəzası

Özünü 17-ci mərtəbədən atan qızın son görüntüləri - VİDEO

Bağlanan "İstək" liseyinin məzunu 700 bal topladı - FOTO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

DÜNYA

İsrail tankı Suriya qoşunlarına atəş açdı

18.11.2017 19:35

İsrail qoşunları Suriya hökumət qüvvələri istiqamətinə xəbərdarlıq atəşi açıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla da İsrail tərəfi sərhəddə istehkam işlərinin əldə olunmuş razılaşmaları pozduğunu hesab etdiyini göstərib. İsraillilər görüblər ki, suriyalılar hərbsizləşdirilmiş zonada hərbi post qururlar və narazılıqlarını tankdan atəş açmaqla və BMT-nin sülhməramlılar kontingentinə şikayət göndərməklə bildiriblər. İsrail tərəfi iddia edir ki, Suriya Silahlı Qüvvələri İsrail və Suriya arasında hərbsizləşdirilmiş zonanın şimal hissəsində tikinti işləri aparmaqla 1974-cü il tarixli atəşkəs haqqında sazişi pozub. Saziş orya ağır tikinti texnikası və ya hərbi maşının daxil edilməsini qadağan edir. Suriya tərəfindən itkilərin olması barədə məlumat hələ daxil olmayıb.

Oxundu 284