"Mən azərbaycanlı olmamaq üçün oxumuşam" – Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Merkel Azərbaycana gələcək

Azərbaycan Ordusu şəhid verib

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Peşə məktəbləri 3 cür olacaq

18.11.2017 17:04

Azərbaycanda peşə təhsili müəssisələrinin növləri müəyyənləşib.

Bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində (peşə təhsili sisteminin quruluşu) qeyd edilib.

Yeni sənədə görə, peşə təhsili müəssisələrinin növləri aşağıdakılardır:

1. Peşə məktəbi;

2. Peşə liseyi;

3. Peşə təhsil mərkəzi.


Yeni qanun layihəsinə əsasın, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.

Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Yeni qanun layihəsi 1-ci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyyə edilib.modern.az

Oxundu 431