Qoca və dostundan başqa da həbsdən qaçanlar var imiş - RƏSMİ

Bir müddət öncə Bakıdan Şirvana köçürülən məhkumlardan ikisinin qaçması xəbəri hər kəsi şoka saldı. Qeyd edək ki, məhbuslar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olmuşdular.

"Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son illər cəza çəkməkdən və cəzaçəkmə müəssisələrindən qaçanlar demək olar hər il olub.

Cəzaçəkmə müəssisələrindən qaçanların statistikasına diqqət yetirək:

- 2000-cu ildə 10 nəfər.

- 2005-ci ildə 3 nəfər.

- 2006-cı ildə 3 nəfər.

- 2007-ci ildə 1 nəfər.

- 2008-ci ildə 2 nəfər.

- 2009-cu ildə qaçan olmayıb.

- 2010-cu ildə qaçan olmayıb.

- 2011-ci ildə 1 nəfər.

- 2012-ci ildə qaçan olmayıb.

- 2013-cü ildə qaçan olmayıb.

- 2014-cü ildə 2 nəfər.

- 2015-ci ildə 3 nəfər.

- 2016-cı ildə 5 nəfər.

Cəza çəkməkdən qaçanlar:

- 2000-cu ildə 50 nəfər.

- 2005-ci ildə 6 nəfər.

- 2006-cı ildə 12 nəfər.

- 2007-ci ildə 6 nəfər.

- 2008-ci ildə 3 nəfər.

- 2009-cu ildə 2 nəfər.

- 2010-cu ildə 9 nəfər.

- 2011-ci ildə 7 nəfər.

- 2012-ci ildə 2 nəfər.

- 2013-cü ildə 4 nəfər.

- 2014-cü ildə 8 nəfər.

- 2015-ci ildə 5 nəfər.

- 2016-cı ildə 12 nəfər.

DİGƏR XƏBƏRLƏR

Top