Livanın istefa vermiş Baş naziri Parisə gəldi

Livanın istefa verdiyini açıqlayan Baş naziri Saad Hariri Səudiyyə Ərəbistanından Fransaya gəlib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S. Haririnin Fransa Prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub. Parisə gələnlər arasında Baş nazirin həyat yoldaşı da var. Xatırladaq ki, S.Hariri noyabrın 4-də Ər-Riyadda olarkən istefa verib. O, “Hizbullah” hərəkatını və İranı Livanda və ərəb dünyasında ədavəti qızışdırmaqda ittiham edib, eləcə də özünə qarşı sui-qəsd hazırlandığını iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top