İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən həkimə bir il həbs cəzası

Özünü 17-ci mərtəbədən atan qızın son görüntüləri - VİDEO

Bağlanan "İstək" liseyinin məzunu 700 bal topladı - FOTO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

İstirahət gününün hava öncəgörməsi açıqlanıb

18.11.2017 12:10

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu (öncəgörmə) açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Yeniavaz.com"a verilən məlumata görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Oxundu 268