abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

kocaryan-partiya-qurur-ve-muxalifete-kecir

Koçaryan partiya qurur və müxalifətə keçir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

ƏDƏBİYYAT

Şah İsmayıl Xətainin ana dilində yazdığı şeirləri aşkar edilib FOTO

13.11.2017 20:41

Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib. Xətainin Ankara Milli Kitabxanasındakı “Əlyazma” məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb. qafqazinfo

Oxundu 932