Pompeo ABŞ-ın dövlət katibi oldu

Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb? - VİDEO

Cümə, 27 aprel 2018
TR EN RU

Menu

Cümə, 27 aprel 2018
EN TR RU

DÜNYA

Ərdoğanın istefasını istədiyi şəhər meri vəzifəsindən getdi

23.10.2017 18:53

Bursa şəhərinin meri Rəcəb Altepe vəzifəsindən istefa verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. Altepe keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb. O bildirib: “Partiyamız və liderimizə zidd gəlməyəcəyik, zərər də verməyəcəyik. Bizə uyğun olanı edəcəyik. Böhran vəziyyəti yaratmağa da cəhd etməyəcəyik. Bu şəraitdə ölkəmə xidmət etmək imkanının olmadığı aydındır. Mən də mer vəzifəsindən istifa verirəm. Alnımız ağ, başımız dikdir”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa, Ankara və Balıkesir şəhərlərinin merlərinin vəzifədən getmələrini istədiyi bildirilir.

Oxundu 290