Könül Xasıyeva: "Tək arzum övladım Kazımın toyunu görməkdir"

Günnüt kəndi işğaldan necə azad edildi? - Müdafiə Nazirliyi yeni VİDEO YAYDI

Hacıbala Abutalıbovun yeri 2 aydır boş qalıb - Müəmma

çərşənbə, 20 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Azərbaycanda bəzi Olimpiya Komplekslərinin inşası donduruldu

23.10.2017 16:45


Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri səbəbindən dondurulub. Bu barədə Gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik". Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır".Report

Oxundu 362