ABŞ-İndoneziya böhranı: Baş Qərargah rəisi ölkəyə buraxılmadı

İndoneziya Silahlı Qüvvələri Baş Qərargah rəisi Qatot Nurmantyo şənbə günü rəsmi dəvət əsasında getdiyi ABŞ-a icazə verilməməsi iki ölkə arasında böhrana səbəb olub. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Q. Nurmantyo oktyabrın 23-də ABŞ-da keçiriləcək konfransa dəvət edilmişdi. Ancaq amerikalı həmkarı Cozef Danfordun rəsmi dəvət etməsinə və vizası olmasına baxmayaraq, onun ölkəyə girişinə icazə verilməyib. ABŞ İndoneziyadan rəsmi olaraq üzr istəsə də, bu gün İndoneziya tərəfinin verdiyi bəyanatlar gərginliyi daha da artırıb. Belə ki, İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, rəsmi Cakarta ABŞ-dan daha təfərrüatlı açıqlamar gözləyir: “Bu, təcili vəziyyətdir və amerikalı səlahiyyətli şəxslərlə problemin nədən ibarət olduğuna dair görüşməyə çalışırıq”.

DİGƏR XƏBƏRLƏR

Top