Pompeo ABŞ-ın dövlət katibi oldu

Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb? - VİDEO

Cümə, 27 aprel 2018
TR EN RU

Menu

Cümə, 27 aprel 2018
EN TR RU

CƏMİYYƏT

Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyi xəbərinə aydınlıq gətirildi

23.10.2017 12:13

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib: “Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir".Trend

Oxundu 277