Pompeo ABŞ-ın dövlət katibi oldu

Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb? - VİDEO

Cümə, 27 aprel 2018
TR EN RU

Menu

Cümə, 27 aprel 2018
EN TR RU

HADİSƏ

Qaçan məhkumlardan birinin FOTOLARI yayıldı

23.10.2017 11:03

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir. O və qardaşı Zaur Ağami“Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskininqruplaşmasına daxil olub. Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb. Ə.Ağami ölkədən çıxarkən saxlanılıb. Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.Qafqazinfo.az

Oxundu 357