Bakıda dil kursunda müəllim intihar edib

Bakıda kurs müəllimi damarlarını kəsərək intihar edib. Hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən “Engligtment” dil kursları mərkəzində qeydə alınıb. Orada müəllim işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top