Türkiyə hava məkanını bağlayır, FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİNİ UZADIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, 1 saat 40 dəqiqə davam edən iclasın ardından Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ MTŞ-nin qəbul etdiyi qərarları açıqlayıb. Onun sözlərinə görə, Türkiyə öz hava məkanını İraqın kürd muxtariyyəti üçün bağlayıb: “Bu qərar çərçivəsində heç bir təyyarə kürd muxtariyyətinə uça bilməyəcək. Bundan başqa, İbrahim Xəlil sərhəd keçidinin Bağdada təhvil verilmə məsələsində tərəfimizdən prosedurlara başlamaq qərarı verilib”. B. Bozdağ Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədər qərar qəbul edildiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top