"Mən azərbaycanlı olmamaq üçün oxumuşam" – Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Merkel Azərbaycana gələcək

Azərbaycan Ordusu şəhid verib

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Metro gücləndirilmiş iş rejiminə keçəcək

16.10.2017 17:34

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi sadəcə "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.

"Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.Apa

Oxundu 299