Rusiyada yeni pullar buraxıldı FOTOLAR

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina yeni 200 və 2000 rubl dəyərində əskinasları təqdim edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, yeni əskinaslar artıq oktyabrın 12-dı dövriyyəyə buraxılıb. Bununla belə, o qeyd edib ki, əskinasların kütləvi buraxılışı dekabr ayına planlaşdırılıb: “İlk banknotlar Sevastopol və Uzaq Şərqə göndərilib. Məhz həmin regionlar əskinaslarda əks olunub. Moskvada da yeni əskinaslar peyda olacaq. Banknotlar tədricən buraxılacaq, çünki onlar ciddi məxfilik şəraitində hazırlanır – bu, beynəlxalq təcrübədir və saxtakarlığın qarşısını almaq üçün edilir”.

DİGƏR XƏBƏRLƏR

Top