Kişilər qadınlardan telefon nömrələrini istəyə bilməyəcək: qadağa

Fransa Prezidenti Emmanuel Makron kişilərin qadınları izləyərək telefon nömrələrini istəmələri və ya arxalarından fit çalmaları kimi təcavüz hallarının qadağan edilməsi üçün işə başlayıb. “Yeniavaz.com”un “Haber10” saytına istinadən verdiyi məlumata görə, E. Makron prezident seçkiləri zamanı keçirdiyi kampaniyada cəmiyyətdə təcavüz hallarına qarşı mübarizə aparacağına dair söz vermişdi. Fransada qadınlar və kişilər arasında bərabərlikdən məsul dövlət katibi Marlen Şyappa bildirib ki, insanlara təcavüzün qanundankənar hesab edilməsi üçün müvafiq qanun üzərində iş aparılır. Qanunu pozanlara qarşı hansı cəzaların tətbiq ediləcəyini müəyyənləşdirməzdən öncə küçədəki təcavüzə hüquqi tərif veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top