Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Cərimə meydançasında 4 avtomobil qarət edilib - Bakıda

23.08.2017 21:04

Bakıda, Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan 4 avtomobil qarət edilib. Hadisə dünən Bakının Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb. Cərimə meydançasında qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd "VAZ-2107" və 1 ədəd VAZ-21011" markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb. İlkin məlumata görə, hadisə günorta saat 3 radələrində baş verib.

Son zamanlar cərimə meydançalarında avtomobillərin qarət edilməsi və ziyan dəyməsi halları artıb. Bu isə bir daha cərimə meydançalarında təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil edilməsi məsələsinə gündəmə gətirir. Vətəndaşın avtomobili cərimə meydançasına gətirildiyi zaman aidiyyatı qurum təhvil aldığı həmin avtomobilin qorunması ilə bağlı da öhdəlik götürür. Burada avtomobilə dəyən istənilən ziyanı vətəndaş cərimə meydançasının məsul şəxslərindən tələb edə bilər. Cərimə meydançasında qarət edilən 4 avtomobillə bağlı isə Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Xezerxeber

Oxundu 306