Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Bu kənddə kolxoz idarə üsulu hələ də qorunub saxlanılır

23.08.2017 20:48

Goranboyun ucqar yaşayış məntəqələrindən olan Rus Borisi kəndində kolxoz idarə üsulu hələ də qorunub saxlanılır. Yaşayış məntəqəsi rayon mərkəzindən təqribən 50 km uzaqlıqda yerləşir. Kəndə girəndə səliqəli inşa olunan taxta evlər, bəzəkli eyvanlar, düz küçələr və bir-birinə paralel əkin sahələri ilə qarşılaşırsan. Rus Borisi kəndində illər öncə yaradılan kolxoz hələ də saxlanır. Ruslar burada öz adət-ənənələrini də qoruyub saxlayıblar. Rus Borisində mərkəzə yaxın kəndlərdə olduğu kimi işıq və qaz daimdir. Kalinin adını daşıyan kolxozda sakinlər kollektiv şəkildə işləyib, maaş alır, həm də yığılan məhsuldan pay götürür. Hazırda sahələrdə kartof yığımı aparılır. Kəndin ümumilikdə 500 hektar torpaq sahəsi var ki, onun 200 hektarı kolxoza məxsusdur. Kolxozun 9 nəfər daimi işçisi var. Əkin-biçin mövsümündə isə kənddən daha çox insan işə cəlb olunur. Qeyd edək ki, ölkə üzrə özəlləşdirmə gedən zaman bu kəndin sakinləri öz istəkləri ilə kolxozun qorunmasını istəyib və Məhdud Məsuliyyətli Cəmiyyət yaradıblar və indiyədək də belə fəaliyyət göstərirlər.Xezerxeber

Oxundu 255