Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Səudiyyə Ərəbistanı Kralı dünyanın ən bahalı tətilini keçirdi

23.08.2017 19:29

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz dünyanın ən bahalı tətilini keçirib. “Yeniavaz.com”un “Habert Türk” qəzetinə istinadən verdiyi məlumata görə, Mərakeşin Tanca şəhərində tətil keçirən Kralın ümumilikdə 100 milyon dollar xərci çıxıb. S. ibn Əbdüləziz bir ay davam edən tətilində ölkəsinin turizm sahəsində əldə etdiyi illik gəlirinin 1,5 faizini xərcləyib. Qeyd edək ki, ölkənin turizmdən illik gəliri 6,5 milyard dollar təşkil edir. 1000 nəfərlik heyətlə gedilən tətildə Kral Salman 74 hektarlıq ərazidə qalıb. Onunla birlikdə çalışanlar, nazirlər, müşavirlər, qohumları və təhlükəsizlik işçiləri şəhərin ən bahalı otellərində yerləşiblər. Kralın personalı üçün təxminən 800 otaq ayrılıb. Kral ilə birlikdə gələn heyətin nəqliyyat vasitələrindən əlavə 200 avtomobil kirayəyə götürülüb. Xatırladaq ki, tətil üçün iyulun 24-də Mərakeşə gedən S.ibn Əbdüləziz 3 ildir tətilini “Şimalın gəlini” kimi tanınan Tanca şəhərində keçirir.

Oxundu 578