Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23.08.2017 18:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

Oxundu 200