Tacikistanda şagird və tələbələrə qəribə qadağa

Tacikistanda şagird və tələbələrin mexaniki nəqliyyat vasitəsini idarə edərək təhsil müəssisələrinə getməsi qadağan olunur. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qadağanı pozan şagird və tələbələr təhsil müəssisələrindən xaric ediləcək. Belə ki, Tacikistan parlamentininn aşağı palatası növbədənkənar iclasda ölkə Prezidenti Emomali Rahmonun bir sıra qanunlara təklif etdiyi müvafiq dəyişiklik və əlavələri qəbul edib. Tacikistanın təhsil və elm naziri Nuriddin Səid qanun layihəsini deputatlara təqdim edərkən qeyd edib ki, qanuna düzəlişlər təhsil və tərbiyə sistemində sosail ədaləti təmin etməyə hesablanıb: “Respublikanın məktəbləri, institutları və bütün təhsil ocaqları tədris və elmə yiyələnmə üçün nəzərdə tutulub və özünü reklam etmək yeri deyil”. Qanun layihəsi avqustun 28-də parlamentin yuxarı palatasında müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top