Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir

23.08.2017 17:50

“Azərbaycanda iki ildən sonra yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASANradio"ya müsahibəsində deyib. O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da yəqin ki, sentyabr ayında ictimiayyətə təqdim olunacaq”. DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir: “Gələn il keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonr XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələn ilin məzunları daha yaxşı nəticə göstərəcək. Həmçinin, əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik”. M.Abbaszadə deyib ki, bu ilin qəbul imtahanında 500 baldan çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: "Keçən il bu rəqəm 12, 6 faiz olub. Keçən il 11 030 nəfər 0-100 arası bal toplasa da, bu il 11 999 nəfər belə nəticə göstərib".Report

Oxundu 412