Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Putin Sarqsyanla görüşəcək

22.08.2017 14:17

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə ermənistanlı həmkarı Serj Sarqsyan ilə görüşəcək.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, S. Sarqsyan avqustun 23-də Rusiyaya qısamüddətli işgüzar səfərə yollanacaq. Bildirilir ki, iki ölkənin liderləri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər: “Ən mühüm beynəlxalq və regional mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparılacaq”. Məlumatda o da deyilir ki, prezidentlər S. Sarqsyanın 2017-ci ilin martında Rusiyaya rəsmi səfəri zamanı əldə olunmuş razılaşmların reallaşdırılmasının gedişinə toxunacaqlar.

Oxundu 214