Yevlaxda pambıq sahəsində 24 nəfər zəhərləndi - SİYAHI

"Polad Alemdarın" yeni görüntüləri insanları təəccübləndirib - FOTOLAR

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Bakıda bu əraziyə 12 gündür su verilmir

22.08.2017 12:31

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, II mədən, 90-cı korpus, mənzil 20-də yaşayan sakin Umarova Şəfəq Fərman qızı deyir ki, evləri 12 gündür su ilə təmin olunmur. Bu haqda Milli.az-a müraciət edən sakin dəfələrlə qaynar xəttə, su idarəsinə yazılı və şifahi müraciət edib. Əraziyə bir həftə sonra su göndərilib. Lakin qonşular arasında ayrı-seçkilik edilib və ona su verilməyib. "Avqust ayı ərzində cəmi 2 ton su verilib. Normalda həftədə 2 dəfə ev su ilə təmin olunurdu. 12 gündür su verilmir. Dəfələrlə qaynar xəttə zəng edib bildirmişik. İdarədən 9 gün sonra su göndərdilər. Onda da sürücü bir-iki "seçilən" qonşuya su verib getdi". Qeyd edək ki, həmin ərazidə su xətti yoxdur. Sakinlərin suyu "Azərsu"nun göndərdiyi su maşınları ilə təmin olunur.

Oxundu 206