Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır - İDDİA

Azərbaycanda itkin gəlin və qızı tapılıb

İnam Kərimov: “Ciddi məsələdir, prezidentin nəzarətindədir”

çərşənbə axşamı, 19 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu müəyyənləşdi

22.08.2017 12:01

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i, saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış, 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.oxu.az

Oxundu 187