Azərbaycan prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
"Yeniavaz.com" FHN-nin saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.